XİN rəhbəri Paşinyanın kommunikasiyaların açılması ilə bağlı fikirlərinə aydınlıq gətirib
07:57 15.11.2024
Gündəm
293
Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması yeni mövzu deyil.
Sherg.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, 2020-ci il Üçtərəfli Bəyanatda buna dair xüsusi bənd mövcuddur: “Orada Ermənistanın üzərinə götürdüyü öhdəliklər mövcuddur. Mövzu uzun müddət ərzində müzakirə predmetidir. Üç il yarımlıq müzakirələrdən sonra “razılıq əldə olunub” sözü hesab edirik ki, gecikmiş sözdür. Bu razılıq çoxdan əldə olunmalı idi. Hələ bununla bağlı rəsmi sənəd yoxdursa, Ermənistan bu istiqamətdə heç bir işə başlamayıbsa, deməli hələ də açıq məsələlər mövcuddur. Azərbaycan ərazisində isə nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı artıq uzun müddət ərzində işlər sürətlə gedir və həmin infrastruktur Ermənistanla sərhədə kimi yaxın zamanda çatdırlacaq”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu günlərdə regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib. O bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq