Yalçın Rəfiyev: COP-29-da bir çox ölkə Azərbaycanı körpü rolunu oynayan dövlət kimi görürdü
08:22 14.05.2025
Gündəm
468
Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanmasına çox böyük dəstək verilir.
Sherg.az xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
“Prezident İlham Əliyevin koloniyalizmə qarşı atdığı praktik addımları qeyd etməliyəm. COP-29-un açılış mərasimində də Prezident İlham Əliyevin bu cür mövqe sərgiləməsi bütün dövlətlər tərəfindən səmimi qarşılandı. COP-29-dan sonra Azərbaycanla Yaxın Şərq, Afrika ölkələri arasında yaxınlaşma oldu. COP-29-un nəticələrinə diqqət yetirsək, əldə olunan əsas qərar 300 milyard ABŞ dollarının müəyyən olunması idi. Bu, Qlobal Şimaldan Qlobal Cənuba ödənilməli olan məbləğdir. Bakıda biz 198 tərəf dövlət arasında konsensus qərarın əldə olunmasına nail ola bildik. Bu, Azərbaycana olan münasibət, Azərbaycanın müstəqil tərəfsiz siyasət aparmasından irəli gəlir. Bir çox ölkə Azərbaycanı körpü rolunu oynayan dövlət kimi görürdü”, - deyə nazir müavini qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya