Aytekin Yüksek Artvinin Borçka rayonunda 10 il boyunca iflic vəziyyətdə olan anasına təkbaşına baxdığı üçün tanınırdı.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Emine Yüksek 10 il əvvəl iflic keçirdikdən sonra yatağa bağlı həyat sürürdü və bütün qayğısını oğlu qarşılayırdı. Aytekin Yüksek bu müddət ərzində anasının yeməyi, şəxsi baxımı və bütün ev işlərini özü görüb.
Lakin Analar Günündə Emine Yüksek həyatını itirib. Oğlu isə “İçimdə heç bir peşmanlıq yoxdur, anama həmişə xidmət etdim” sözləri ilə vida edib.
Emine Yüksekin cənazəsi Borçka Mərkəz Məscidində qılınan namazdan sonra ailə qəbiristanlığında dəfn edilib.