70 yaşlı səyyah və xanımı arıların hücuma məruz qalıb: 200-300 dəfə sancıblar -ÖLÜBLƏR ? 


Bu gün Fransanın « Haute-Loire » əyalətində 70 yaşlı səyyahı arı 200 və ya 300 dəfə sancıb, hazırda onun  vəziyyəti ağırdır.
«Sherg.az» «francetvinfo.fr»ə istinadən xəbər verir ki, topa şəkilində yığışmış beçə arılar ona kütləvi hücum ediblər. Əvvəlcə onun öldüyü bildirilsə də, sonradan bu xəbər təkzib olunub. 
Bu səyyah tək olmayıb, onun yanında 52 yaşlı həyat yoldaşı da olub. Onu da arılar 150-200 dəfə sancıb. Onlar arı pətəyinin yanından keçərkən  hücuma məruz qalıblar. Hazırda hər ikisini xəstəxanaya yerləşdiriblər. Və həkimlə onları həyata qaytarmaq üçn əllərindən gələni edirlər. 
Onlara köməyə gələn yardımçı qüvvələr də aqressiv arıların hücuma məruz qalıblar.