DƏHŞƏT ! 20 yaşlı 3 aylıq hamilə Leylanı əri döyüb, öldürdü – SOS SİQNALI


Fransanın Sen Deni şəhərində 20 yaşlı 3 aylıq hamilə olan Leylanı əri döyüb öldürüb.
«Sherg.az» «lefmonde.fr»ə istinadən xəbər verir ki, 2019-cu ilin başlanğıcından bu günə kimi Fransada öldürülən gənc anaların sayı leyla ilə birgə 71-ə çatıb. Leylanın öldüyünü qonşusu görüb. Onun 22 yaşlı həyat yoldaşı qapını açarkən onun qonşusu qapının ağzında Leylanın cansız bir bədən olduğunu görür. O qışqıraraq yardım çağırır. Hadisə yerinə gələn yardım komandası ona heç bir köməklik göstərə bilmir çünki, həkimlər gələnə qədər o artıq canını tapşırıb. 
Onun qatil həyat yoldaşı saxlanılıb. Leylanı əlləri ilə döyüb öldürdüyünü etiraf edib
Yazıda qeyd olunur ki, Fransada 2016-cı ildə 123 qadın, 2017-ci ildə isə 130 qadın əri vəya sevgilisi tərəfindən öldürülüb. Bu rəqəmlər ilbəil artır. 
Fransanın ədliyə naziri Nikol Bellube bəyan edib ki, hər il dünyada 220000 qadın zorakılığın qurbanı olub. Amma İspaniya bu halın qarşısnı almaq üçün ciddi və effektiv addımlar ata bilib. Fransada da 2017-ci ildən qadınlara siqnal ötürən qolbağların paylanılması məsələsi gündəmdədir.
Amma hələ ki, bu, tətbiq edilməyib.
Qadına qarşı zorakılıq olarsa, o qolbağdakı düyməni basmaqla aidiyyəti quruma siqnla gedir və hadisə yerinə dərhal yardımçı qüvvələr göndərilir. Düzdü biz hələ ki, bu sistemi sınaqdan keçirməmişik. Amma bunu tətbiq etmək zərurətə çevrilib.  Çünki Fransada hər il 250 qadın zorakılığın qurbanı olur. Onlardan 3-də 1-i qadınların iş yerlərində üzləşdikləri seksual zorakılıqlardır. 
Artıq Fransada qadınlar bununla bağlı ciddi SOS siqnalı veriblər.