Bədbəxt hadisə: reklam kağızı yapışdırarkən yıxılaraq beli qırıldı


Bakıda bədbəxt hadisə baş verib.
APA -nın xəbərinə görə, Nəsimi rayonunun Neftçilər prospektində 1976-cı il təvəllüdlü Əlisafa Əliyev reklam löhvəsinə reklam kağızı yapışdırarkən hündürlükdən yıxılıb.
Nəticədə onun beli qırılıb.
Dərhal xəstəxanaya yerləşdirilən Ə.Əliyevin vəziyyətinin ağır olduğu bildirilib.