Gəncədə ata balta ilə evi dağıtmaq istədi: Mane olan oğlunu bıçaqladı

Gəncə şəhərində ata oğlunu bıçaqlayıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Vilayət Quliyev ailədaxili mübahisə zəminində hörgü baltası ilə öz yaşadığı evi dağıtmaq istəyib.

Həyat yoldaşı və oğlu V.Quliyevin bu hərəkətinin qarşısını almaq istəyib. Əsəbi olan V.Quliyev oğlu 1986-cı il təvəllüdlü Samir Quliyevə sol qol nahiyəsindən bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.