Bakıda ağır qəza: Avtomobil körpüyə çırpıldı

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, hadisə günün qaranlıq vaxtında baş verib. 

Normal hərəkət zamanı avtomobillərdən biri zolaqlar üzrə hərəkət qaydasını pozub. Nəticədə digər avtomobilin yoluna çıxaraq ona yandan toxunub. 

Sürücü bundan sonra idarəetməni itirib və avtomobil sürüşərək təhlükəsizlik adacığına, orda da körpünün başlanğıcına dəyib.

Hadisə nəticəsində sürücü xəsarət alıb.