Lotu Qulinin yaxın qohumu bıçaqlandı

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) yaxın qohumu Maqa Rustavski İstanbuldakı restoranlardan birində düşən dava zamanı biçaqlanıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Praym Kraym” informasiya agentliyi yayıb.

Məlumata əsasən, Rustavskinin dostları ilə birlikdə əyləndiyi restorana yanında 15-20 nəfərin müşayiəti ilə qanuni oğru Quram Çixladze gəlib. O, Rustavskini yanına çağıraraq sorğu-suala tutub, nəticədə onların arasında dava düşüb və Çixladzenin tərəfdaşlarından biri Maqanı bıçaqla yaralayıb.

Yaralı xəstəxanaya çatdırılıb, həyatı üçün heç bir təhlükə yoxdur.

Türkiyə polisi münaqişə iştirakçılarını axtarışına başlayıb.