Gürcüstanda dəhşətli qəza: İki azərbaycanlı öldü

Gürcüstanın Rustavi - Lilo magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, TIR və “Toyota Prius” markalı avtomobillərinin toqquşması nəticəsində “Toyota”da olan iki nəfər həyatını itirib.

Həlak olanların milliyyətcə azərbaycanlı olduğu bildirilir. Hələlik onlardan birinin şəxsiyyəti məlumdur. Bu, 1948-ci il təvəllüdlü İmaməliyev Romandır.