Namus üstündə qətl: Bacanağını öldürən şəxslə bağlı qərar verildi

Xırdalanda qətl törətməkdə təqsirləndirilən Şahin Qasımov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. 

Oxu.Az xəbər verir ki, Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara görə, onun kassasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qasımov doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

Hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşfiq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı vəfat edib. V.Cəfərov hadisəni namus üstündə törətdiyini bildirib.