İtaliyada sutka ərzində ümumi yoluxma hadisələrinin sayı 3 minə yaxın artıb, ölənlərin sayı 1000 nəfəri keçib.
"Sherg.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə başçısı Anjelo Borrelli bildirib.
A.Borrelli deyib ki, bu gün ölkədə 213 nəfər sağalıb, onların sayı 1258-ə çatıb:
"Biz, həmçinin 188 ölüm hadisəsini qeyd etdik".
Beləliklə, İtaliyada ölənlərin sayı mini keçib.
Onun sözlərinə görə, ölən və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 15 mini keçib.