Bakıda iki maşın toqquşdu: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Şəhər sakini Anar Yaqubovun idarə etdiyi "Mercedes" markalı avtomobillə həmyerlisi Eldar Məmmədovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "VAZ 2106" markalı avtomobilin sərnişini Süzənbər Abbasova xəstəxanaya çatdırılsa da, orada ölüb.