Gəncə sakini bədbəxt hadisə nəticəsində öldü

İyunun 21-də, saat 22 radələrində Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə prokurorluq orqanlarına məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. 

Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.