Bakı sakini bıçağı qonşusunun döş qəfəsinə SANCDI

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Kamran Natiq oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O cərrahi əməliyyat olunub.

Fakt Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.