Xadimə iş adamının evində asılan halda tapıldı

Türkiyənin Qaziantep vilayətində iş adamının evində xadimə işləyən qadının meyiti tapılıb.
“HaberGlobal” məlumat verir ki, A.Ş.-ya aid villada Nepal vətəndaşı Monna Ray eyvanda kəndirlə asılan vəziyyətdə olub.
Hadisə yerinə cəlb edilən tibb işçiləri onun öldüyünü bildiriblər.
Cəsəd ekspertiza üçün morqa aparılıb.
Qadının intihar etdiyi və ya cinayətin qurbanı olduğu araşdırılır.