Bakıda üzərinə dolab aşan azyaşlı qız ölüb


Bakıda 10 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb. 

Belə ki, yaşadıqları evdə nəzarətdən yayınan 2010-cu il təvəllüdlü Əsgərova Gülnaz Eldəniz qızının üzərinə dolab aşıb.

Dərhal xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.