37 yaşlı kişi özünü asdı

Ucar rayonunda intihar hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Əfəndiyev Natiq Yaqub oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.