Gəncədə mənzildən qadın meyiti tapılıb

Gəncənin Kəpəz ryonunda mənzildən qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Mirzoyeva Anna Fyodor qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.