“AZFEN”də intihar: usta özünü asdı 

Bakıda intihar hadisəsi baş verib. Hadisə “AZFEN” şirkətində qeydə alınıb.
“Sherg.az”ın məlumatına görə, adı məlum olmayan 36 yaşlı kişi çalışdığı müəssisənin çadırından özünü asıb.  İntiharın baş vermə səbəbi hələlik məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.