Ötən il Azərbaycanda 597 nəfər intihar edib


Ötən il Azərbaycanda qeydə alınmış intihar hadisələrinin sayı açıqlanıb.

“Report”un prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, 2020-ci ildə respublika ərazisində 597 intihar faktı qeydə alınıb.

Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur.

Yəni həmin il 565 intihar hadisəsi qeydə alınmışdı.