"Azad Rəhimovun vəziyyəti çox ağırdır" - RƏSMİ

Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.
Bu barədə APA-ya Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
O, ağciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin çox ağır olduğunu qeyd edib.
A. Rəhimovun səhhəti bir neçə ay əvvəl pisləşib və ABŞ-da əməliyyat olunub. Nazirin komaya düşdüyü bildirilirdi.