İsmayıl Balaban gerçək bir şok yaşadı: Nişanlısı onu aldadıb?

Ünlülər” komandasında yer alan Türkiyənin məşhur güləşçisi İsmayıl Balabanın nişanlısı Qəmzə Atakan tərəfindən aldadıldığı və tərk edildiyi söhbətləri “Survivor-2012”ə damğa vurdu. Yarışmanın növbəti günündə  qalib gələrək “doğmalarla əlaqə” mükafatını qazanan ünlülərə anaları ilə danışmaq imkanı yaradılıb.
“Ünlülər” komandasının üzvü İsmayıl Balaban anasıyla telefon bağlantısında gerçək bir şok yaşayıb. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, İsmayılın anası “yaxşı olmağa çalışırıq, sinir krizi keçirirəm. Heç bir şey qoyub getdiyin kimi deyil. Heç bir şəkildə onun adını (oğlunun nişanlısını nəzərdə tutur –red.) ağzına alma. Qoyub getdiyin qız kimi deyil, oğlum. Məni burda “öldürürlər”. Mən nələr çəkirəm...”, söyləyib. Anası ilə danışıqdan sonra İsmayıl Balaban da əsəb krizi keçirib, özünü ələ almağa çalışsa da, bacarmayıb. Konseydə Acun İlıcalı “istəyirsən, nişanlınla əlaqə yaradaq, onunla danış”,  təklifini edib. Lakin İsmayıl, “yox, istəmirəm. Anamla danışmaq istəyirəm. Ailəm mənim üçün çox ömənli” deyib. Bu arada İsmayılın əkiz qardaşı Turan Balaban sosial şəbəkədə palaşım edərək izləicilərdən bu məsələni qabartmamağı, başqa yönlərə çəkməyə cəhd etməmələrini xahiş edib: “Hər ailədə belə söz-söhbət olur. Bu barədə daha artıq danışılmasın. Mövzunu qapadaq” , yazıb.