Bakı sakini əmisi nəvəsi tərəfindən bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Albalılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Bayramov Hüseyn Bayram oğlu əmisinin nəvəsi ilə mübahisə edərkən bıçaqlanıb. O, sağ döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.