Nişan keçirmək istəyi cərimə ilə nəticələndi - FOTO

İmişli rayonunda nişan məclisinin keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Şahverdili kəndindəki fərdi yaşayış evində nişan məclisi keçirməyə cəhd göstərən şəxslər müəyyən edilib.

Polis əməkdaşları tərəfindən məclis dayandırılıb, iki nəfər barəsində isə qanunamüvafiq tədbir görülüb.