Bakıda qayda pozan sürücü qəzaya səbəb olub - FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, Biləcəri qəsəbəsində “Mercedes” markalı nəqliyyat vasitəsi əks istiqamətdə yola çıxıb. 

Bu zaman iki “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq bir-birinə çırpılıb. Qəzaya səbəb olan “Mercedes” əks yola çıxaraq hadisə yerindən yayınıb. Avtomobil axtarışa verilib.