Tbilisidə kütləvi dava zamanı azərbaycanlı qətlə yetirilib - Yaralılar var

Paytaxt Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

Sherg.az report-a istinadən xəbər verir ki, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 31 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdiriliblər. Yaralıların vəziyyəti ağırdır.

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub. Hadisənin digər detalları hələ məlum deyil.

Qeyd edək ki, əməkdaşımız hadisənin detalları barədə daha geniş məlumat almaq üçün hadisə yerinə yollanıb.