Goranboyda zəncirvari yol qəzası baş verib

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan "TIR" markalı yük maşını idarəetmənin itməsi nəticəsində yol kənarına dayanan "Mercedes" markalı sərnişin avtobusuna, "Mitsubishi" markalı avtomobilə və "Shacman" markalı yük maşınına çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobilərə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.