Şabranda ağac qadının üstünə aşıb

Şabranda ağac aşıb, xəsarət alan var.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran şəhərinin Heydər Əliyev küçəsində aşan ağac şəhər sakini, 1973-cü il təvəllüdlü Məmmədova Kifayət Abdulhüseyn qızının başına düşüb.

Xəsarət alan qadın Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.