Bakı-Qazax magistral yolunda qəza baş verib

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford Tranzit”lə “VAZ 21015” markalı minik avtomobili toqquşub.

Qəza zamanı “VAZ 21015” sürücüsü, 1986-cı il təvəllüdlü Nağdəliyev Elmir Çapay oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.