Ac-susuz, həm də döyülüblər

Yunanlar qaçqınları soyundurub Türkiyəyə göndərdilər

Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan təhülkəsizlik orqanının 42 qaçqının soyundurulub, çılpaq halda ölkədən çıxarılaraq Türkiyəyə göndərildiyi məlumatını yayıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, köçkünlər yunan təhlükəsizlik əməkdaşları tərəfindən döyülüblər. Nazirliyin yazılı açıqlamasında Yunanıstanda qaçqınlara qarşı işgəncələrin davam etdiyi bildirilir. Yunanıstandan Türkiyəyə qaçaq yollarla keçməyə çalışan 12-si çılpaq, cəmi 42 qaçqın qrupu Ədirnə sərhədində yaxalanıb. Ədirnə Valiliyinin xahişi ilə qaçqınların təməl ehtiyaclarının qarşılanmsı məqsədilə Nazimbəy Çiftliyi bölgəsinə keçidlərinə icazə verilib. Qaçqınlar sorğu zamanı Yunanıstanda yaxalandıqdan sonra yemək və su verilmədiyini, libaslarının çıxarılaraq Türkiyəyə zorla, döyülərək göndərildiklərini deyiblər. 42 qaçqın Ədirnə polisinə təslim edilib. Onların üçüncü ölkəyə keçidi ilə bağlı işə başlanılıb.