İnək sağan qadını "tok" vurdu

36 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb

Kahramanmaraşın Elbistan bölgəsində avtomat sağım maşını ilə süd sağan 36 yaşlı Döndü Bozdoğanı elektrik vurub. Hadisə axşam saatlarında Ağlıca Məhəlləsində baş verib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, axurda qışqırıq səsi duyub tələsik o tərəfə yüyürən ailə üzvləri 36 yaşlı qadını yerdə uzanıqlı halda görüblər. Deyilənə görə, Döndü Bozdoğan adətən hər gün axşam saatlarında gördüyü işi – inəkləri sağmaq üçün evlərinin yanındakı axura gedib. Qadın inəkləri avtomat sağım maşını ilə sağırmış. Bu dəfə isə faciə yaşanıb. Qadın inəyi sağarkən avtomat maşında elektrik sızması əmələ gəlib və qadın yerindəcə can verib. Döndü Bozdoğan Elbistan Dövlət Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq 4 uşaq anasının həyatını xilas edə bilməyiblər.