İtkin düşən şəxsi ayı parçalayıb    

Sivasın Divriği mahalında bir müddətdir ki, itkin düşən Həsən Əli Dalkıranın meyiti aşkarlanıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, Həsənin cansız bədəni parçalanmış formada aşkarlanıb. Onun ayı hücumunda öldüyü güman edilir. Dalkıranın ölümünün dəqiq səbəbi ekspertizadan sonra aydınlaşacaq.

Qeyd edək ki, 47 yaşlı Həsənin meyiti qardaşları tərəfindən tapılıb. Hadisə ilə bağlı istintaqa başladılıb.