Uçurumda selfi çəkdirmək istədi

Fenomen sonunda həyatından oldu

Qayalıq yerlərdə təhlükəli pozalarla selfi çəkərək instaqramda paylaşan Sofiya Çeunq ağır qəza keşirib. "Şərq" xarici mətbuata istinadən xəbər verir ki, instaqram ulduzu Ha Pak Laidə Tsing Dai şəlaləsindən yıxılıb. Sosial media fenomeni Hong Kong xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün müdaxiləsinə baxmayaraq onun həyatını xilas edə bilməyiblər.

Sofiyanın itkisinə kədərlənən dostu  paylaşım edib.  Paylaşımda deyilir: "Daha yaxşı günlərin gələcəyini düşünürdüm. Sənin söhbətlərin üçün hər gün darıxıram. Mən səni həmişə sevəcəm. Gözəl Sofim, rahat ol". 

Qeyd edək ki, Sofiya sosial mediada paylaşmaq üçün uçurumlara və ya təhlükəli qayalara dırmaşaraq həyatını itirən ilk fenomen deyil.