Qəbələdə iki avtomobilin toqquşması qadının xəsarət alması ilə nəticələndi

Qəbələdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, sərnişin 1974-cü il təvəllüdlü İsmayılova Zərifə Cari qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.