Azərbaycanda DƏHŞƏT: Dörd uşaq anası məktəbdə qətlə yetirildi - YENİLƏNİB


Fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İsmayıllı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

13:24

İsmayıllı rayonunda yerləşən məktəblərdən birində qadın qətlə yetirilib. 

Oxu.Az-ın məlumatına görə, hadisə Basqal kənd tam orta məktəbində qeydə alınıb. 

Belə ki, 1997-ci il təvəllüdlü Bəxtiyar Əhmədli 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanı bıçaqlayıb.

İlkin məlumata görə, hadisə iki şəxs arasında baş verən mübahisə nəticəsində olub. 
Qadın hadisə yerində vəfat edib. 

B.Əhmədli məktəbdə gözətçi, G.Qəhrəmanova isə texniki işçi vəzifəsində çalışıb. 

Qətli törədən şəxs hadisə yerindən qaçıb. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, B.Əhmədli Vətən müharibəsi qazisi olub. G.Qəhrəmanovanın isə dörd uşağı var.