İtlər 7 yaşlı uşağa hücum çəkdi

Əhməd hələ də sayıqlayır


    Pitbulların hücumuna məruz qalan 4 yaşlı Asiyənin yaraları sağalmamış bu dəfə də 7 yaşlı Əhməd faciə yaşayıb. Türkiyənin Mardin bölgəsinə aid Nusaybin şəhərində evlərinin yaxınlığında oynayan 7 yaşlı Əhmədə itlər hücum edib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hadisə Nusaybinin Girməli məhəlləsində yaşanıb. Uşağa itlərin hücum etdiyini görən məhəllə sakinləri cəld köməyə gəliblər və itləri ərazidən uzaqlaşdırıblar. 

Əhməd təcili yardım maşınıyla Nusaybin Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanada uşağa ilkin yardım göstərilib, lakin vəziyyəti ağır olduğundan Mardin Dövlət Xəstəxanasına köçürülüb. Əhmədin anası Nurşin Dal uşağın sayıqladığını, itlərin hücumunu unuda bilmədiyini deyib. N.Dal - mənə, "ana, məni evimizə apar”, deyə yalvarır. Oğlumun bu halı məni çox üzür. Qaziantəpədəki dəhşətli hadisəni  (4 yaşlı Asiyənin itlərin hücumuna məruz qalması olayı) izləyəndə, özümə “inşallah, övladımın başına gəlməz”, deyə dua edirdim və çox qorxurdum. Amma başımıza gəldi. İnşallah, bundan sonra başqa körpələrin başına gəlməsin”, söyləyib. Hazırda xəstəxanada Əhmədin müalicəsi davam edir. Uşağın üzündə, qollarında ciddi yaralar var. Mardin bölgəsi sağlıq müdiri Saffət Yavuz Əhmədin vəziyyətinin yaxşılaşdığını deyib, əlavə edib ki, yaralar sağalsa da, bir dizi əməliyyat olunmalıdır. Əhməd daim həkim nəzarəti altındadır, lazımi tibbi müdaxilələr icra edilir. Əhmədə hücum edən itin sahibi olduğu da müəyyənləşib. Bu istiqamətdə də tədbir görülür. Polis tərəfindən aparılan tədqiqat zamanı məlum olub ki, Əhmədə hücum etmiş it məhəllə sakinlərindən birinin çoban itidir. İtin niyə nəzarətsiz halda küçəyə buraxıldığı da müəyyənləşəcək. Mardin Böyükşəhər Bələdiyyəsi Küçə Heyvanları Reabilitasiya Mərkəzinin əməkdaşları Girmeli məhəlləsinə gələrək küçə itlərinin toplanmasını icra ediblər. 9 it ərazidən toplanaraq sığınacağa aparılıb. Mərkəzin şöbə müdiri, baytar həkim Zeynəb Samançı məhəllədəki küçə itlərinin hamısını toplayacaqlarını deyib.