Bakıda qadın küçədə hücuma məruz qalıb


Bakıda qadın küçədə hücuma məruz qalıb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Neftçilər prospektində 1991-ci il təvəllüdlü Şirinova Firuzə Əhmədağa qızı bir nəfərin hucumuna məruz qalıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş nahiyələrinin əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.