Şəmkirdə baş verən dəhşətli qətlin təfərrüatları bəlli olub  -  YENİLƏNİB


***

13:15

Şəmkirdə baş verən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın hadisə yerində olan müxbiri qətli törədən Elməddin Həsənovun əmisi Həsənov Tofiqlə söhbət edib.

Qatilin əmisi bildirib ki, qardaşı oğlunun başında ağrılar vardı, əsəb xəstəsi idi sabah həkimə gedəcəkdi:

“Sabah həkimə getməliydi guya, bu gün belə oldu”.

Hadisə yerindəki qonşular isə əməkdaşımıza söyləyib ki, Elməddin Həsənov kənardan normal şəxs kimi görünürdü, bazarda al-ver edirdi.

***

12:50

Xəbərə fotolar əlavə edilib,

***

11:14

Şəmkirdə baş verən qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.

Çinarlı qəsəbəsinin yerli nümayəndəsi Elçin Abbasov APA-nın yerli bürosuna bildirib ki, qətli törədən Elməddin Həsənov əsəb xəstəliyindən əziyyət çəkirmiş. Hadisənin də bu səbəbdən törədildiyi bildirilir.

Hadisə bu gün səhər saatlarında baş verib, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

***

10:48

Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, Elməddin Həsənov 1995-ci il təvəllüdlü həyat yoldaşı Həsənova Laləni və 2014-cü il təvəllüdlü qızı Q.Həsənovanı bıçaqla qətlə yetirib.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.