ABŞ-da helikopterin suya düşüb, polis məmuru ölüb - FOTO

Kaliforniya ştatının Hantinqton-Biç şəhərində polis vertolyotunun suya düşməsi nəticəsində bir polis məmuru həlak olub.

APA bildirir ki, yerli polis idarəsi Twitter-də HB1 polis vertolyotunun Nyuport-Biç bölgəsində təcili eniş etdiyini təsdiqləyib.

CBSLA telekanalının məlumatına görə, helikopter onlarla insanın gözü qarşısında qəzaya uğrayıb. Bir polis zabiti həlak olub, digəri yaralanıb və hazırda vəziyyəti ağırdır.