Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var

Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində İmişli rayon sakiləri - Ağayev Məmmədalı Ələsgər oğlu, Ağayeva Təranə Mikayıl qızı və Ağayev Şahid Məmmədalı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.