Azərbaycanda gənc oğlan itə işgəncə verdi - VİDEO

Azərbaycanda gəncin itə işgəncə verməsini əks etdirən görüntülər yayılıb. 
Oxu.Az xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir. 
Belə ki, oğlan balaca itin boğazına ip keçirərək ona işgəncə verib. Boğazından iplə asılı qalan iti yaxınlıqdakı avtomobilə tərəf aparıb. İtlə bu cür amansızlıqla davranan şəxs sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.
Paylaşımlarda insanlar şəxsin törətdiyi əmələ görə müvafiq qaydada məsuliyyətə cəlb olunması tələb ediblər.
Həmin görüntüləri təqdim edirik: