Hər kəs bu anadan danışır  - Tükürpədici hadisə!

Yunanıstanda qan donduran  hadisə baş verib.

“Sherg.az” xarici mediaya istinadən xəbər veriri ki, Yunanıstanda yaşayan 33 yaşlı Roula Pispiriqo 9 yaşlı qızının ölümündə ittiham edilir.  

Son 3 ildə 3 qızını itirən Pispiriqounun 9 yaşlı qızı ötən ilin aprelində xəstəxanaya yerləşdirilib.  Qızın ölümündən sonra  yarılma prosesi nəticəsində onun bədənində öldürücü dozada  olan ketamin tapılıb. 





Rəsmi məlumata görə, ketamin ölümündən 20 dəqiqə əvvəl kiçik qızın bədəninə vurulub. Həkimlər isə ölümündən 1 saat əvvəl kiçik qızı yoxlayıblar. Məlum olub ki, ketamin həkim tərəfindən yazılmayıb. İstintaq dərinləşdikcə  33 yaşlı qadının qızı zəhərləməzdən əvvəl gülərək pozalar verib, onunla şəklillər çəkdirdiyi ortaya çıxıb.  Afina həbsxanasına köçürülən qadınla bağlı istintaq davam edir. R.Pispiriqou isə səhv bir şey etmədiyini iddia kimi irəli sürür.















 

Qeyd edək ki, onun 3 yaşlı qızı Malena böyrək çatışmazlığından, 6 aylıq qızı İris isə ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə ilə bağlı başladılan istintaq çərçivəsində səlahiyyətlilər, Roula Pispiriqonun həyatını itirən digər 3 qızının ölümündə də şübhəli vəziyyətdə olduğunu bildirib.