Dağıntılar altında doğuldu

Körpəsini dünyaya gətirdi, sonra öldü

  Episentri Kahramanmaraş olan 7,7 bal gücündə zəlzələ məlum olduğu kimi Türkiyəyə qonşu Suriyada da dəhşətli dağıntılara və insan tələfatına səbəb olub. Suriyanın İdlib, Hələb, Hama, Lazkiyə, Tartus və Rakka bölgəsi dağıdıcı zəlzələyə məruz qalıb. Hazırda bu bölgələrdə insan tələfatı 1600-ə çatıb. 

“Şərq” “NTV,com.tr”yə istinadən bildirir ki, dağıntılar altında qalmış bir qadınsa uşaq dünyaya gətirib. Bu ağlasığmaz hadisə Hələbdə yaşanıb. Xilasetmə qrupu yeni doğulmuş körpəni dağıntılar altından çıxarıb. 

Körpəsini dünyaya gətirən ananınsa doğuşdan sonra vəfat etdiyi məlum olub. Xilasedicilər körpəni xəstəxanaya çatdırıb. 

Körpənin həyatına təhlükə olmadığı bildirilib. Suriyanın şimalı təbii fəlakət bölgəsi elan edilib. Beynəlxalq humanitar təşkilatlardan təcili yardım etmələri xahiş olunur.