Timsah balıqçını uddu


 Avstraliyada 65 yaşlı balıqçının həyatı faciə ilə sonuclanıb. Dostları ilə balıq ovuna gedən  Kevin Darmodi timsaha yem olub. “NTV.com.tr” xəbər verir ki, hadisə Avstraliyanın Şimali Queensland ərazisində baş verib. Bu ərazidəki Kennedys Bend bölgəsi duzlu su timsahlarının məskəni olaraq da bilinir. Balıqçını sonuncu dəfə məhz bu bölgədə balıq ovlayan görüblər. Balıqçı evinə dönməyincə itkin düşdüyü zənn edilib və axtarışlara başlanılıb. Balıqçının timsahlara yem olmasından şühbələnən bölgə polisi 2 nəhəng timsahı öldürüb. Timsahların qarnında insan cəsədi qalıqları aşkarlanıb. Cəsəd qalıqları ekspertizaya göndərilib. Ekspertizanın rəyi hələ açıqlanmasa da, bölgə əhalisi 65 yaşlı balıqçının məhz timsahlara yem olduğuna inanır.