Sel fəlakəti: Cəsədi 3 gün sonra tapıldı


Sel fəlakəti Zilal Şahini sevdiklərindən ayırıb
  Türkiyənin Amasya bölgəsində sel fəlakəti 30 yaşlı Zilal Şahini sevdiklərindən ayırıb. Sərkan və Zilal Şahin Amasyanın Qızıl Qışlacıq kəndi yaxınlığında istirahət məkanı seçərək təbiətdən zövq almaq istəyiblər. “Sherg.az" “NTV.com.tr”yə istinadən xəbər verir ki, lakin bölgəyə sel gəlməsi gənc ailənin faciəsinə səbəb olub. Sel gələrkən gənc qadın həyat yoldaşı və dostlarıyla birlikdə avtomobilin içində olub. Sel avtomobili də ağuşuna alaraq aparıb. Sel faciəsindən yalnız Sərkan Şahin xilas ola bilib. Əvvəlcə dostu Murat Ekşinin cansız bədəni tapılıb. Zilalın axtarışları isə davam edib. Xilasedicilər 3 gün boyunca Zilal Şahini axtarıb. Nəhayət, gecə yarısı qadının cansız bədəni aşkarlanıb.  Hadisə barədə açıqlama yayan Amasya valiliyi seldə həyatını itirənlərin ailələrinə başsağlığı verib. Gənc qadının cəsədi tibbi ekspertizadan sonra ailəsinə təhvil veriləcək.