Evdən çıxıb və geri dönməyib: 13 yaşlı qız 3 gündür itkindir

 Almaniya İnkişaf Bankının Türkiyə ofisinin direktoru Kirk Mildnerin 13 yaşlı qızı Marlene Mildner 3 gündür ki itkin düşüb. O, evdən çıxıb və geri dönməyib. Hadisə Ankarada baş verib.  

“Sherg.az” “NTV.com.tr”yə sitinadən bildirir ki, Ankara polisi evin ətrafındakı  müşahidə kameralarına baxış keçirib. Məlum olub ki, Marlene döşəkağılarını biri-birinə bağlayaraq eyvandan aşağı enib və sakitcə yoluna davam edib. Ata Kirk Mildner qızlarının kiminsə yanında olmasından şübhələnir: “təxminiz belədir ki, Marleneni bir nəfər öz yanında saxlayır. Həyat yoldaşım da, mən də Türkiyə polisinə güvənirik”, deyib. 



Ailəsinin dediyinə görə, axşam saatlarında Marlene yatmaq üçün öz otağına keçib. Səhər isə onun evdən çıxdığı  məlum olub.  Marlene mobil telefonunu da evdə qoyub. Marlene alman məktəbinin 6-cı sin if şagirdidir. Ankara polisi neçə gündür ki, qızın axtarışlarını davam etdirir. Qızın rəfiqələri, dostları ilə əlaqə saxlanılıb, onlarla birlikdə olmadığı müəyyənləşib. Atası əmindir ki, qızı necə bir təhlükədə olduğunu anlasa, evə qayıdacaq.