Pişiyi klinikada  öldü, baytarı döydü

Ankaranın Çankaya rayonunda baytarlıq klinikasında dava baş verib. A.K. vaxtından əvvəl doğuş edən pişiyi baytarlıq klinikasına aparıb. Klinikada müalicə alan pişik 4 gün sonra dünyasını dəyişib. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, A.K. 4 dostu ilə  pişiyinin ölümündə günahlandırdığı klinikaya gələrək baytar Ceren Eroğluna hücum edib. A.K. Eroğlunu yumruqla vurub, saçından çəkib, başına vurub. Klinikada olan əşyaları dağıdan A.K.-nı məmurlar çətinliklə sakitləşdirib.

Hadisə təhlükəsizlik kamerasına da düşüb. Videoda A.K.-nın Eroğlunu sillə vurması,  və əşyaları dağıtması əks olunub. A.K.-nın Eroğlunu döyərkən "Səni biabır edəcəm. Boğacağam. Gözlə daha nə edəcəyəm sənə. Budur, klinika budur" dediyi də eşidilib. Eroğlunun şikayəti ilə polis bölməsinə aparılan A.K. ifadəsindən sonra sərbəst buraxılıb.

Turan