Binəqədidə maşından 20 000 manat oğurlanıb

Binəqədi qəsəbəsi ərazisində “Mercedes Benz” markalı bir avtomobilin saxlanc yerindən 20.848 manat pul oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.