Qubad İbadoğlunun azadlığı üçün  Prezidentə müraciət olundu 

Bir sıra Azərbaycan  ziyalıları iqtisadçı alim,  professor  Qubad İbadoğlunun həbsdən azad olunması xahişi ilə ölkə başcısı , Prezident İlham Əliyevə  müraciət ediblər. 

"Sherg.az" xəbər verir ki, müraciətdə yazılır:

"Cənab Prezident!
Nəzərinizə çatdırırıq ki, ölkəmizi uzun illər dünyanın mötəbər tədris ocaqlarında ləyaqətlə təmsil etmiş professor Qubad İbadoğlu vətənə döndükdən 20 gün sonra – 23 iyul 2023-cü il tarixdə, polis əməkdaşları tərəfindən saxlanılıb. İyulun 24-də isə məhkəmə Qubad İbadoğlu haqqında Cinayət Məcəlləsinin 204.3.1 maddəsinə istinadla 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib. Qubad müəllimin şəkərli diabet xəstəsidir.
Cənab Prezident! 
Düşünürük ki, bu qədər zəngin bioqrafiyaya malik bir alimin həbs edilməsi, erməni işğalına qarşı haqq mübarizəmizdə sərgilədiyimiz ədalətli mövqeyi də hədəf almaqdadır. Artıq erməni mediası bu həbsi bəhanə edərək, "Azərbaycanda yaşayan ermənilərin amanda olmaması" barədə bəzi iddialar irəli sürürlər...
Ona görə biz, bir qrup ölkə ziyalısı olaraq, tanınmış Azərbaycan aliminin azadlığa buraxılması üçün məhz Sizə müraciət etmək qərarına gəldik. 
Sizdən xahiş edirik ki, ölkəmizin adına, nüfuzuna kölgə salan bu məsələni öz çəxsi nəzarətinizə götürəsiniz.  İnanırıq ki, Qubad İbadoğlunun sağlamlıq
durumunda  yaranmış çox ciddi problemləri  nəzərə alaraq,  bir elm xadiminin azadlığa qovuşmasına şərait yaradacaqsınız. 
Qeyd edək ki , müraciəti  80 nəfər ölkənin tanınmış ictimai - siyasi xadimi , elm adamları , jurnalistlər  imzalayıb.